Solğun dəri, qızaran yanaqlar hansı xəstəliyin əlamətidir?

Solğun dəri, qızaran yanaqlar hansı xəstəliyin əlamətidir?
5534 dəfə oxunub
  • A-
  • A
  • A+

Sarı dəri, solğun dodaqlar, yanaqda qırmızı ləkə - bunlar bizim üçün adi hal kimi görünə bilər. Amma bütün bunlar bir çox xəstəliklərin əlamətidir.

Axşam.az xəbər verir ki, əgər dəriniz solğunlaşıbsa, burnunuzun ucu göynəyirsə, buna ciddi yanaşılmalıdır.

1. Solğun dəri
Üz dərisinin sarı rəngdə olması eritrositlərin zəhərlənməsinin, qaraciyərin funksiyasının pozulmasının simptomudur. 

Hər gecə yatmazdan əvvəl qreypfrut şirəsi için. Qarğıdalı saçağı, itburnu, qanqal, dağ tərxunu çiçəyi və solmazçiçəyindən eyni miqdarda ayırıb qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, 1 saat saxlayın. Mayedən gün ərzində 3 dəfə yeməkdən əvvəl için. Bunu 1 ay davam etdirmək qaraciyəri təmizləyib, funksiyasını yaxşılaşdıra bilərsiniz.

2. Burun ucunun göyərməsi
Əgər burunun ucu üçbucaq formasında göyərirsə, demək, həmin insanın ürəyində qüsur var. Eritrositlərin funksiyasının pozulması da burun ucunda göy ləkə əmələ gətirir. Bu, həm də qanda oksigen çatışmazlığının göstəricisidir. 

Öncə gün ərzində ən az 1 saat təmiz havada gəzmək vacibdir. Aslanotunu (pustırnik) əzib, şirəsini çıxardın. Şirəni eyni miqdar araqla qarışdırın. Gün ərzində 4 dəfə yeməkdən əvvəl 1 çay qaşığı için. Bu məlhəm qüsuru, ürəyin işemik xəstəliklərini, miniinfarktı sağaldır. 

3. Qırmızı yanaqlar
Bəzən yanaqda qırmızı ləkələr əmələ gəlir. Bu, qan-damar sistemi xəstəlikləri ilə əlaqədardır. Bu xəstəlik əksər hallarda sağalsa da, üzdəki qırmızı ləkə ömürlük qalır. Bunun üçün xəstəliyin irəliləməsinin qarşısını almaq lazımdır.

Bu zaman sitrus meyvələri yemək olmaz. Çoxlu idman etmək lazımdır. 350 qr. sarımsağı əzib, püre halına gətirib, bankaya tökün. Bankanı qara bir parçaya büküb saxlayın. Bir neçə gündən sonra qarışığın üstünə 200 ml. təmiz spirt tökün. Soyuq otaqda 10 gün saxladıqdan sonra gün ərzində 1 xörək qaşığı suya 2 damcı töküb için.