Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Almatı şəhərində “Qanlı Yanvar-müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti təşkil olunub.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 20 Yanvar faciəsinin totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini bildirib.

Anım tədbiri çərçivəsində 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib, gənc pianoçu, beynəlxalq mükafatlar laureatçısı Fəqan Həsənlinin təqdimatında şəhidlərin xatirəsinə Azərbaycan və dünya klassiklərindən seçilmiş əsərlər ifa olunub.



                 

Xəbər lenti