Çingizdən 20 Yanvarla bağlı kompozisiya - Video

Çingizdən 20 Yanvarla bağlı kompozisiya -  Video
964 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision” təmsilçimiz Çingiz Mustafayev 20 yanvar faciəsinin 30 illiyi ilə bağlı özünəməxsus tərzdə hazırladığı yeni kompozisiyasını təqdim edib.

Axşam.az xəbər verir ki, müğənni İnstaqramda mahnının videosunu izləyiciləri ilə bölüşərək bunları qeyd edib:

“Bu gün 20 yanvar faciəsindən 30 il keçir. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub. Onların ruhunu hörmət və ehtiramla yad edirəm. Mən öz hisslərimi, duyğularımı bu ifamla izah etmək istədim. Allah rəhmət eləsin!
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub”.