Əməkdar jurnalist vəfat edib

Əməkdar jurnalist vəfat edib
1757 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.

Axşam.az xəbər verir ki, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə Azərinformda (indiki AzərTac) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.