“Şəhərin qış gecələri” - Fotolar

“Şəhərin qış gecələri” - Fotolar
696 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində “Şəhərin qış gecələri” adlı yeni tamaşa nümayiş etdirilib.

Axşam.az xəbər verir ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı isə Arif Əbdürrəhmanovdur.

Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə və Ramiq Nəsirov rol alıblar.