Mahir Emrelinin Zaqataladakı biznesi

Mahir Emrelinin Zaqataladakı biznesi
10909 dəfə oxunub
  • A-
  • A
  • A+
"CBC Sport"da yayımlanan "Foto+" verilişinin qonağı Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli olub.

Axşam.az xəbər verir ki, futbolçu Zaqatalada edilən çəkilişdə biznesindən, ailəsindən bəhs edib. Mahir futbolda qazandığı pulları biznesə yatırdığını deyib.

Anası Elnurə Emreli bildirib ki, mahirin mal-qara biznesi var:

"Mahir bacardığı qədər Zaqatalada yatırım edir. Onun burada ferması var. Ötən ildən açılıb".

Dayısı isə Mahirin fındıq bağının da olduğunu bildirib.