“Sevgi bitmirmiş, Elsa...” - Foto

“Sevgi bitmirmiş, Elsa...” - Foto
4620 dəfə oxunub
  • A-
  • A
  • A+

ADO Teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) təsisçisi Elmin Bədəlov sosial media hesabında bölüşdüyü foto ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, sevgilisi, fransalı aktrisa Elsa Furtado ilə öpüşərkən lentə alınan görüntüsünə “Sevgi bitmirmiş Elsa, mən səni zamanla daha çox sevməyə başlayırmışam” sözlərini yazıb.

Elsa isə aktyora “Elmin, sənə qarşı məndə çox böyük sevgi var. Getmir və hər zaman olacaq” deyə, qarşılıq verib.

Sözügedən fotoya onlarla rəy yazılıb. Digər diqqət çəkən məqam isə fotonun Köhnə Günəşli ərazisində lentə alınması olub. İzləyicilər “Günəşli sakinləri bunu bəyəndi” tipli şərhlər yazıblar.

Qeyd edək ki, E.Furtado 2015-ci ildən ADO-da çalışır.