Hər kəsi heyran edən ada: Bora-bora - Fotolar

Hər kəsi heyran edən ada: Bora-bora - Fotolar
3115 dəfə oxunub
  • A-
  • A
  • A+

Bora-bora firuzəyi rəngdə gölləri, yumuşaq bəyaz qumu olan və rəngarəng balıqların üzdüyü parıltılı dənizlə əhatələnən adadır.

Axşam.az xəbər verir ki, burada gündüz təbiətdə gəzən, dənizdə sörfinqlə məşğul olan və üzən turistlər hava qaralandan sonra müxtəlif əyləncələrin keçirildiyi məkanlara üz tuturlar.

Qonaqlarını dənizdən qoparmaq istəməyən otel sahibləri bunun üçün döşəməni şəffaf şüşələrdən ediblər. Adada ilk dəfə 4-cü əsrdə yaşayış olduğu bildirilir. Orijinal adı Tahiti dilində olan “İlk doğuş” mənasına gələn “Pora-pora” sözündən götürülüb. Ada ilə avropalıların ilk dəfə tanış olması isə 1722-ci ilə təsadüf edir.

Ada 6 mil uzunluğundadır, eni isə 2,5 mildir. Ən yüksək nöqtəsi 727 metr olan Bora-borada 9 min adam yaşayır.