Müğənni Lətifə Soyuöz həmkarları haqqında qalmaqal yaradacaq açıqlamalar verib.

Axşam.az xəbər verir ki, “Show news”a danışan sənətçi bir çox xarici səfərlərdə iştirak etdiyini bildirib:

“Səfərlərə gedərək, ifalarımı səsləndirmişəm. Xarici səfər dedikdə toyları nəzərdə tutmuram. Müğənnilər var ki, deyir “toydayam, xarici səfərdəyəm”. Ancaq mən konsertlərdə və dövlət tədbirlərində iştirak edirəm.

Mən oraya gedib “Məhkəmə”ni ifa etdikdə çox gözəl anlayırlar, “Hədəf”i oxuyanda isə ayaqüstə alqışlayırlar. Trenddə olan musiqini xaricə aparsaq inanmıram ona qulaq asan olsun”.

Müğənni trenddə olan ifaçılar Vəfa Şərifova, Damla, Şəbnəm Tovuzlu kimi həmkarlarından kimi dinləyirsiniz sualına isə belə cavab verib:

“Mənim janrım olmadığı üçün qulaq asmıram. Şəbnəm xanım bu yaxınlarda saz ifa etməsi ilə məni təəccübləndirdi. Keçən dəfə eşitdim ki, muğam da ifa edir. O da bu gün tələbata görə səhnədədir”.

O, şou-biznesdə rəqibinin olmadığını da dilə gətirib:

“Mən heç vaxt gündəmdə yox, tarixdə qalmaq üçün çalışıram. Məndən sonra da “Hədəf”i, “Məhkəmə”ni ifa edəcəklər. Janr baxımından hələ ki, mənim rəqibim yoxdur. Əslində istəyərəm ki, rəqibim olsun. Bəhsinə nələrsə edim”.



                 

Xəbər lenti