Polad Bülbüloğlunun 75 illiyi qeyd olunacaq

Polad Bülbüloğlunun 75 illiyi qeyd olunacaq
833 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 4-də Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.

Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Report-a verilən məlumata görə, bu münasibətlə fevralın 4-ü saat 19:00-da Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.