Rəvan üçüncü dəfə evlənmək istəyir

Rəvan üçüncü dəfə evlənmək istəyir
1969 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəvan Qarayev üçüncü dəfə ailə qurmaq istəyir.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Nanə Ağamalıyeva "Şou ATV" verilişində deyib. O bildirib ki, Rəvan veriliş başlamazdan əvvəl bu haqda ona özü etiraf edib:

"Deyir səhər corabımı axtardım, köynəyimi axtardım tapa bilmədim. Ona görə də evlənmək istəyirəm. Rəvan hazırda qız axtarışındadır".

R.Qarayev isə "Gələcək üçün istəyirəm. İki övladım var. Böyük qızım deyir ki, ata, böyüyüb sənə özüm baxacam" cavabını verib.

Qeyd edək ki, müğənni iki dəfə ailəli olub və ayrılıb. Onun hər nikahdan bir qız övladı var.