Yaşamaq üçün ən yaxşı şəhərlər - Siyahı

Yaşamaq üçün ən yaxşı şəhərlər - Siyahı
2642 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın "yaşamaq üçün ən yaxşı şəhərlər"inin adı açıqlanıb.

Axşam.az xəbər verir ki, reytinqin ilk pilləsində London qərarlaşıb. Cədvəldə Londonu Nyu-York, Paris və Tokio izləyir.

Siyahının 5-ci pilləsində qərarlaşan Moskva "hava limanlarının nəqliyyat şəbəkəsinin inkişafı" və "muzeylərin mövcudluğu" kimi göstəricilər üzrə dünya lideri olub.

İlk onluğa Dubay, Sinqapur, Barselona, Los-Anceles və Roma da daxildir.

Qeyd edək ki, milyondan çox əhalisi olan şəhərlər iqlim, təhlükəsizlik səviyyəsi, təhsil müəssisələri, hava limanları, restoranlarla təmin edilmə, təhsilli sakinlərin nisbəti, vətəndaşların gəlir səviyyəsi, istirahət bölgələri və müvafiq infrastrukturun mövcudluğu kimi parametrə görə qiymətləndirilib.