İtkin düşən Xəyalə tapıldı - Yenicə toyu olubmuş

İtkin düşən Xəyalə tapıldı - Yenicə toyu olubmuş
26611 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəmkirdə bir ay əvvəl toyu olan və itkin düşən qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axşam.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Şəmkir rayon sakini, 2002-ci  il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı. O, ötən ilin dekabrında ailə qurub.