Lətifənin təqdimatında nələr oldu? - Fotolar+Video

Lətifənin təqdimatında nələr oldu? -  Fotolar+Video
3631 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Lətifə Soyuöz 3 illik fasilədən sonra yenidən kamera qarşısına keçib.

Axşam.az xəbər verir ki, sənətçi "Sınaq" adlı mahnısını ekranlaşdırıb. Klipin rejissorluğunu Anar Hüseynov edib. Yüngül əxlaqlı qadınlar, xəyanət klipin süjet xəttinin əsasını təşkil edir. 

Lətifə yeni işi ilə bağlı media nümayəndələri ilə görüşüb. Gecədə çıxış edən ifaçı ekran işi ilə bağlı məlumatları bölüşüb:

"Üç ildir senari ətrafında düşünürük. Ən az 20-25 dəfə dəyişiklik edilib. Çəkilişlərimiz 5 gün davam etdi və yanvarın 1-də Anar klipi mənə nümayiş etdirdi. Yeni ilə "Sınaq"la başladım. Bir çox insanlar həyatımızda sınaqdan keçiblər. Bəziləri isə yox... Anar Hüseynov məni anlayır. Ona görə də, artıq neçənci klipdir ona həvalə edirəm".

 

Lətifə klipindəki açıq-saçıq səhnələrin yer almasına isə belə aydınlıq gətirib:

"Bunların olması məni narahat etmir. Əslində klipdə hər şeyin açmasını vermək istədim ki, bu qadın niyə həmin məkana gedir və ərini öldürür. Klipdə olan janr və sözlər həmin səhnələri tələb edir. Biz Hollivuda baxırıq, maraqlı filmlər çəkirik. Bu klipi də sənətdən anlayan insanlar üçün çəkdik".

Ərindən xəyanətə görə ayrılan Soyuöz klipdəki həmin səhnənin şəxsi həyatından bir parça olması ilə bağlı verilən suala "Keçmişlə yaşayan insan deyiləm. O, mənim üçün keçmişdə qalıb. Çünki bu günümə hörmətim var və çox sevirəm. Ona görə də keçmişimi bu günümə daşımıram" cavabını verib.

Foto+Video: Bəkir Osmanoviç