Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlu, müğənni-bəstəkar Ramal İsrafilovla çoxdandır gözlənilən duetini təqdim edib.

Axşam.az xəbər verir ki, illər öncə hit olan “Aləm gözəl” adlı mahnı üçün rejissor Anar Hüseynov klip də ərsəyə gətirib. Sənətçilər ekran işində iki libasdan istifadə ediblər.

Qeyd edək ki, mahnının sözləri Leyla Əmirovaya, musiqisi isə Ramal İsrafilov və Anar Məmmədova aiddir.

Onu da bildirək ki, mahnını daha öncə Əməkdar artistlər Könül Kərimova və Abbas Bağırov ifa edib.



                 

Xəbər lenti