"Şəfəqin yaratdığı saç düzümlərini etmirəm" - Elnur

"Şəfəqin yaratdığı saç düzümlərini etmirəm" -  Elnur
7635 dəfə oxunub
  • A-
  • A
  • A+
"İstəmirdi ailəm bu sahədə çalışım. Hər şeyi məqsədli şəkildə başladım. Fikirləşdim ki, universitetdə hansı fakültəyə daxil olsam, bu işə yaxın olaram? Jurnalistikanı seçdim, televiziyada işə başladım. Ondan sonra yavaş-yavaş bu işə başladım. Mən başlayanda oğlan stilistlər az idi. 2003-cü illərdə ən məşhur Anar Malik idi".

Axşam.az xəbər verir ki, bu sözləri stilist Elnur Həsənov "Söhbətsiz" verilişində deyib. O, stilist kimi fəaliyyətə başlamasından söz açıb:

"Özümü zamanla sübut etdim. Müəyyən mərhələni keçəndən sonra məndə yaşıl işıq oldu. Ölkənin əsas ulduzlarından biri Röya ilə çalışıram. Buna görə də məsuliyyət daşıyıram. Sən tanınmış adam ola bilər, məşhurlarla işləyə bilərsən. Amma bu tanınmışlığı insanlara qarşı istifadə edəcəksənsə, onları sıxacaqsan. Mən məşhurların dəstəyi ilə bu yerə gəlmişəm".

Elnur aparıcı Samir Bayramlının digər stilistlərlə, Şəfəq Novruzova ilə bağlı və "Sosial şəbəkədə yazmışdılar ki, Anar qrim, Elnur makiyaj edir" sözlərinə belə cavab verib:

"Ola bilsin Şəfəq Novruzovanın etdiyi saç düzümlərini etmirəm. Amma bu o demək deyil ki, mən onu bəyənmirəm. O, özünə bir məktəb qurub.

Anar Ağakişiyevlə mənim tərzim başqadır. Anar yanıq üzü makiyaj edib. Buna görə də o, qrim etməlidir. Anar rənglərdən istifadə etməyi xoşlayır, mən yox. Şəxsi münasibətlərimiz yoxdur. Hər kəs öz pulunu qazanır. Mən kimin öndə, kimin geridə olduğuna önəm vermirəm. Bəzən onun yanına gedən, mənə gəlir və ya əksinə. O da ortada çömçə kimi gəzir, söz çatdırır. Axırda həmin müğənninin Anarla öz arası biabırçı formada dəydi. Səhv məlumatlar idi. Aydınlıq gətirmək istədim, qarşı tərəf bunu istəmədi. Rahatam, kimin haqqında nə danışdığımı bilirəm".