Ötən gün gənc bəstəkar Ramilə Nağıyeva mahnılarına çəkilən iki klipin təqdimat mərasimini edib.

Axşam.az xəbər verir ki, bunun üçün media nümayəndələrini başına toplayıb, mətbuat konfransı keçirən sənətçinin “Yanlış addım” adlı ekran işində xəyanətdən bəhs edilib. Mahnını bəstəkar özü pianoda səsləndirib.

“Duysun dünya” adlı mahnının sözlərinin müəllifi və ifaçısı isə müğənni Nurlan Təhməzlidir. O, Ramilə Nağıyevanın bəstəsi üçün gənc qadınla kamera qarşısına keçib.

Hər iki klipin rejissoru Rəhman Əliyevdir.

Qeyd edək ki, R.Nağıyeva Rusiyada yaşayıb. Orada musiqi təhsili alan bəstəkar daha sonra Azərbaycana köçüb. O, burada Asəf Zeynallı adına musiqi kollecində təhsilini davam etdirib. Sənətçi klassik janr üzrə ixtisaslaşıb. 7 ildir bu janrda musiqilər bəstələyən R.Nağıyeva bu dəfə estrada janrında özünü sınamağa qərar verib.

 
 
 
 
 
 
 


Xəbər lenti