Aktrisa Ülviyyə Xəlilbəyova sosial şəbəkədə makiyajsız görüntüsünü paylaşıb.

Axşam.az xəbər verir ki, o, videosuna “Şou aləmində barmaqla sayılacaq xanım var ki, makiyajsız görünməkdən çəkinmir. Biri də özüməm. Bəyənsəniz də, bəyənməsəniz də buyam” sözlərini yazıb.

İzləyicilərinin əksəriyyəti isə Ülviyyəni tənqid atəşinə tutublar. Onlar aktrisaya “Yazıq burunlar. Allah bilsəydi ki, burnu kəsib “küftəburun” edəcəklər, heç onu yaratmazdı. Düz deyirsiz, sizə qoyulan maya kimə edilsəydi, kukla olardı. Burnunu kəsdirib, üzünü də gellə doldurub, təbii heç nə yoxdu” sözlərini yazıblar.

Ülviyyə isə tənqid yazanlara bir-bir cavab verib. O, şərhlərə “Tüstünüz bura qədər gəldi. Allah səbrin böyüyündən versin. Gəl, sənə də edək, bunlardan geri qalma. Bunlar olmasa, darıxardıq, kefimizi açırlar” sözləri ilə reaksiya verib.

 
 
 


                 

Xəbər lenti