82 yaşında birinci sinfə gedir - Foto

82 yaşında birinci sinfə gedir - Foto
1556 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Zonquldak bölgəsində yaşayan üç övlad və yeni nəvə sahibi 82 yaşlı Sıdtık Budak məktəbə gedir.

Axşam.az xəbər verir ki, Xalq Tədris Mərkəzinin açdığı kursa yazılan qoca məktəbli çantası ilə həftədə iki gün dərsə yollanır.

Türkiyə Daşkömürü Qurumundan pensiyaya çıxan S. Budak yoxsulluq səbəbilə uşaq ikən işləməyə başlayıb və maddi imkansızlıqdan məktəbə gedə bilməyib. Üç övladını oxudan və nəvələrinin də təhsillərinə nəzarət edən Zonquldak sakini kurs açıldığını öyrənəndən 82 yaşında sonra birinci sinfə getməyə başlayıb. Müəllimlərinin söylədiyinə görə, o, əzmlə dərslərinə diqqət edir və yaxşı oxuyur.

“Hədəfim yoxdur, oxumağı öyrənsəm, mənə bəsdir. Diplom verməsələr də olar, yetər ki, informasiyam olsun” deyə, S.Budak bildirib.