"Həyat yoldaşımın 14 yaşı var idi" - Yusif Mustafayev

"Həyat yoldaşımın 14 yaşı var idi" - Yusif Mustafayev
3076 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Yusif Mustafayev ATV-də yayımlanan "Şou ATV" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, proqram zamanı aparıcı Nanə Ağamalıyeva müğənniyə "Xanımınızı özünüz bəyənmisiniz, yoxsa ailənizin məsləhəti ilə evlənmisiniz sualını ünvanlayıb.

Y.Mustafayev həyat yoldaşı ilə nişanlanarkən onun 14 yaşının olduğunu açıqlayıb:

"Kəndə gedib dedim ki, ana, məni evləndir. Sözümüz bir yerə düşdü. Uşaq idim, həyat yoldaşımın da 14 yaşı var idi, balaca uşaq idi. Yoldaşım elə öz kəndimizdən qohumumdur. Baxdım dedim ki, Ay ana, nə deyirsən? Dedi "Bala, sən nə deyirsən? Filankəsi məsləhət görürəm. Dedim, ana, mənim ürəyimi oxudun. 14 yaşı olanda nişanlandıq, amma 18 yaşı tamam oldu sonra evləndik. Peşman deyiləm. Valideynlərimin məsləhəti ilə oldu. Oğlumuz da belə evləndi. Ondan gözəl heç nə yoxdur".