Aktyorlar Nicat Rəhimov və İlkin Misgərlinin başına iş gəlib.

Axşam.az xəbər verir ki, aktyorlar "Buğlama" teletamaşasının rayonlardan birində çəkilişini aparan zaman qalmaqal yaşayıblar. Bu haqda onlar "Gündən-günə" verilişində danışıblar.

"Soyuqda çəkiliş etdik, ev sahibindən icazə aldıq. Hava elə soyuq idi ki, danışa bilmirdik. Çəkiliş bitəndən sonra oğul gəlib dava etdi ki, "Ev görsənməsin. Moskvadan bu gün gəlmişəm, xəbərim olmayıb. Bu kadrlar efirə gedə bilməz". Artıq həmin rayonda ikinci dəfədi eyni hadisə ilə qarşılaşdıq. Tarixdir, evin görüntüsü qalır arxivdə. Burda nə var idi ki" deyə, Nicat söyləyib.

İlkin isə "Çəkiliş əla alınmışdı. Bilmədik oğlan hardan gəldi... Həmin kadrları gedib dağın başında çəkdik" deyə, əlavə edib.



                 

Xəbər lenti