Məşhurlarla dolu Yeni il filmi təqdim olundu - Fotolar

Məşhurlarla dolu Yeni il filmi təqdim olundu -  Fotolar
6451 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Heydər Əliyev Sarayında “Qış nağılı” Yeni il komediyasının qala gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, ekran işi iki seriyadan ibarətdir. Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.

Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb.

“Qış nağılı”nda bir çox məşhur yer alıb. Filmdə baş rol ifaçısı demək olar ki, yoxdur.

Ssenari eyni oteldə baş verən bir neçə hekayədən ibarətdir.

Bir neçə ildir yubanan nişanlarını Yeni il gecəsi keçirməyə qərar verən cütlük və onların hekayəsində Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev və Asya Abdullayeva rol alıb.

Nişanda iştirak etmək üçün otelə gələn dostlar hekayəsinin baş qəhrəmanları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır.

 

Ailəsinə öz hesabına böyük otel otağı tutan imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanları Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı oynayıb.

Yeni il şousu üçün isə otelə Türkiyədən Halil Sezai və Müge Boz dəvət olunub.

Ekran işində nənə obrazını Zemfira Sadıqova, nəvə rolunu isə Dəniz Axundzadə oynayıb. İlkin Həsəni və Tural Əsədov kimi məşhurlar da filmdə rol alıb.

Filmdə musiqiləri Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndirib.

Ekran işinin ikinci hissəsi 19 dekabrda təqdim olunacaq.

Foto: Ramid VAHİDOĞLU