Amerikalı ortopedlər qadınları yüksək platformalı ayaqqabılardan uzaq durmağa çağırıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki,  bu cür ayaqqabılar yerişi çətinləşdirir, eyni zamanda pəncədə əyrilik yaradır.

"Bədəni qeyri-təbii vəziyyətə gətirir, onurğanı da gücə salır" deyə, ortopedlər bildirib.

2018-ci ildən dəbdə olan, polietilendən hazırlanmış şəffaf tuflilər də sağlamlığa zərərdir.

Bu cür ayaqqabılar hava keçirmədiyi üçün bakteriyaların inkişafına zəmin yaradır və eyni zamanda ayaqda deformasiyalara səbəb olur.




                 

Xəbər lenti