Nurgül Yeşilçayın "sehirli içki"si

Nurgül Yeşilçayın "sehirli içki"si
3009 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Nurgül Yeşilçay son vaxtlar verdiyi çəki ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Axşam.az xəbər verir ki, sosial mediadan aktiv istifadə edən sənətçi arıqlamasının sirrini izləyiciləri ilə bölüşüb. O, pəhrizlə yanaşı hər səhər içdiyi "sehrli içki"nin reseptini açıqlayıb.

"Hər səhər bir böyük stəkan suya yarım limon, bir xörək qaşığı alma sirkəsi, yarım çay qaşığı sarıkök, zəncəfil tozu və qara istiot əlavə edib içirəm. Bu həm piyləri əridir, həm də maddələr mübadiləsini sürətləndirir" deyə, o, bildirib.