Nigar sevgilisi üçün Aygünə müraciət etdi - Video

Nigar sevgilisi üçün Aygünə müraciət etdi - Video
9733 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərlə olan yeni duetini təqdim edib.

Axşam.az xəbər verir ki, “Nəfəsim, qəlbim” adlanan mahnının musiqisi Nigar Camala, sözləri İkram Əliyevə məxsusdur.

Klipin rejissorluğunu Əli Zamansoy, montajını isə Rasif Əliyev həyata keçirib. Çəkilişlər üç gün ərzində Lənkəran, Astara və Bakıda reallaşıb. Klip üzərində 18 nəfərlik komanda çalışıb.

N.Camal bəstəsi ilə bağlı fikirlərini belə izah edib:

“Bu mahnının mənim üçün ikiqat özəlliyi var: Birincisi, ilk bəstəmdir. İkincisi isə musiqi çox dəyərli bir insana həsr olunub. Sözlərini İkram Əliyev qələmə aldı. Bəstə yaranandan duet  olaraq ağlıma gələn yeganə ifaçı, sənətkar, Əməkdar artist Aygün Bəylər oldu. Duyğularımı insanlara istədiyim kimi çatdırmağa sadəcə onun gözəl səsinin qatqısı ola bilərdi...”.

Qeyd edək ki, ekran işi Nigar Camalın rəsmi “Youtube” kanalında paylaşılıb.