Uğura aparan 8 "qızıl qayda"

Uğura aparan 8 "qızıl qayda"
1569 dəfə oxunub
  • A-
  • A
  • A+

"Niyə bacarmıram? Niyə heç bir işim yolunda getmir? Həyat nə vaxt mənim də üzümü güldürəcək?" Yəqin ki, əksəriyyətimiz bu sualları özümüzə tez-tez veririk. Ancaq dönüb baxdığımız zaman səhvlərin bizdə olduğunu görərik. Uğurun sirrinin bizdə olduğunu unuduruq.

Axşam.az xarici mətbuata istinadən sizə həyatda uğur qazanmaq üçün 11 qızıl qaydanı təqdim edir.

1. Hər şeyə maraq göstərin. Yeniliklərə yelkən açın. Araşdırın.
2. Əsla vaz keçməyin. Qarşınıza çıxan əngəlləri aşmaqdan qorxmayın. Yolun sonuna çatmaq üçün səbirli olun.
3. Diqqətinizi bu günə yönəldin. Bəzən bir çox işi birdən görmək istəyirik. Ancaq bu mümkün deyil. Hazırda gördüyünüz işi ən mükəmməl şəkildə yerinə yetirin.
4. Xəyal qurun. Həyal qurmaq gücümüzə güc qatar.
5. Səhv etməkdən qorxmayın. Səhvlər insana təcrübə qazandırır.
6. Bu anı yaşayın. Gələcəyi qurmaq üçün bu anı yaşamalı olduğunuzu unutmayın.
7. Dəyər verin. İstər insanlara, istərsə də gördüyünüz işlərə hörmətlə yanaşın.
8. Özünüzü dəyişdirin. Düşüncələrinizi, həyata baxışınızı dəyişdirin.