Ağız qoxusundan xilas olmağın yolları

Ağız qoxusundan xilas olmağın yolları
5978 dəfə oxunub
  • A-
  • A
  • A+

Ağızdan gələn xoşagəlməz qoxunun bir çox səbəbi ola bilər. Məsələn, çürük dişlər, həzm sistemi xəstəlikləri, qurd xəstəlikləri və s. qoxunun yaranmasına səbəb olur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qoxunun səbəbini öyrənmək üçün həkim müayinəsindən keçmək lazımdır. Bununla yanaşı, bəzi təbii qidalar xoşagəlməz qoxunu dəf edə bilir.

Cəfəri

Cəfəri tərkibindəki flavinoidlər sayəsində qoxunu qısa zamanda aradan qaldırır, nəfəsi təravətləndirir.

Alma və kök

Həm sistemini fəallaşdıran bu ikili ağız qoxusuna səbəb olan bakteriyaları məhv etmək qabiliyyətinə malikdir.

Qatıq

Faydalı bakteriyalarla zəngin olan qatıq ağızda olan sulfid səviyyəsini aşağı salaraq, xoşagəlməz hisdən qurtulmağınıza yardımçı olur.

Çərəzlər

Qoz, fındıq, püstə, badam kimi çərəzlər ağızda bakteriyalara qarşı qoruyucu təbəqə yaradır. Tərkibindəki təbii yağlarla diş minasını qoruyaraq, həm qoxunun yaranmasına əngəl olur, həm da ağız sağlamlığı üçün çox faydalıdır.