Orxan Fikrətoğlu İTV-də şou verilişi aparacaq

Orxan Fikrətoğlu İTV-də şou verilişi aparacaq
1205 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı və yazar Orxan Fikrətoğlu yeni mövsümdən “İctimai” TV-dəki aparıcılığına davam edəcək.

Axşam.az-ın məlumatına görə, o, bu dəfə maraqlı şou layihəsi ilə izləyicilərin qarşısına çıxacaq.

Məşhurların qonaq olduğu proqramda bələd olmadıqları bir sahə üzrə mütəxəssis kimi təqdim ediləcək. Senariyə əsasən, onlar ilk dəfə həmin sahəylə bağlı sualları cavablandıracaqlar.

Qeyd edək ki, proqramın yayım tarixi hələki bəlli deyil.