Dünyaca məşhur rejissor Kventin Tarantino ata olacaq.
Axşam.az xəbər verir ki, bu barədə “People” dərgisi məlumat yayıb.
Bildirilir ki, onun aktrisa həyat yoldaşı Daniel Pik hamilədir.
2017-ci ildə nişanlanan cütlük ötən il ailə qurub.
Qeyd edək ki, bu, 56 yaşlı rejissor və 35 yaşlı aktrisanın ilk övladıdır.