Sənubər İsgəndərli “Ata ocağı”nda

Sənubər İsgəndərli “Ata ocağı”nda
6878 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ata ocağı” serialı üçüncü mövsümü ilə ekrana gəlməyə hazırlaşır.

Axşam.az-ın əldə etdiyi məlumata görə, çəkilişləri başlayan ekran işinə yeni simalar daxil olub.

Belə ki, 400 bölümünü geridə qoyan serialda baş rolları Xalq artistləri Qurban İsmayılov və Həmidə Ömərova canlandırırdı.

Builki mövsümdə Əməkdar artist Sənubər İsgəndərli, Xalq artisti Vidadi Həsənov, aktyor Tural Əhməd, Aydan Ağayeva, Hüsniyyə Əhmədova da yer alacaq.

Qeyd edək ki, dram janrında olan serialda Əməkdar artistlər Ayşad Məmmədov, Rasim Cəfər, aktrisalar Günel Məmmədova, Zülfiyyə Qurbanova, Mənsurə Əhmədova və başqaları yer alır.