Mirayın adını eşidib əsəbiləşdi

Mirayın adını eşidib əsəbiləşdi
5424 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Kubila Aka ilə sevgili olduğu iddia edilən Hilal Altınbilek alış veriş mərkəzində obyektivlərə tuş gəlib.

Axşam.az xəbər verir ki, Türkiyənin ən sevilən cütlüklərindən olan K. Aka ilə Miray Daner ayrılığına səbəbkar olaraq göstərilən Hilal bunu inkar edib.

O, müxbirlərin "Kubilay bəy Miray xanımla sevgili ikən münasibətiniz başlayıb" sualına "elə bir şey yoxdur" deyə sərt şəkildə cavab verib.

Qeyd edək ki, cütlük 2,5 illik münasibətinə keçdiyimiz günlərdə son qoymuşdu. Bir neçə gün sonra isə Kubilayın Hilal olduğu iddia edilən qadınla səmimi şəkildə çəkilən fotoları sosial şəbəkədə yayılmışdı.