Eyni bədəndə iki ayrı həyat - Fotolar

Eyni bədəndə iki ayrı həyat - Fotolar
6219 dəfə oxunub
  • A-
  • A
  • A+

Seneqallı siam əkizləri Endaye və Mariyamenin hekayəsi eşidən hər kəsi hüznləndirir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qızlar doğulduğu zaman həkimlər cəmi bir neçə saat ömürləri olduğunu desələr də, onlar artıq 3 yaşındadırlar.

Dünyada siam əkizlərinin ayrılması üçün uğurlu əməliyyatlar aparılsa da, bu Endaye ve Mariyame üçün mümkün deyil. Qızların ayrı ürəkləri olsa da, qaraciyərləri, həzm sistemi orqanları eynidir. Mariyamenin ürəyində anadan gəlmə qüsur var. Həkimlərin onun həyatı bahasına Endayeni qurtarmağı təklif etsələr də, ataları İbrahim razılaşmayıb.

"Əlimdən gələn tək şey hər zaman yanlarında olmaqdır. Bir balamı yaşada bilmək üçün digərini öldürmərəm", deyə o bildirib.