Əbülfəs Qarayev səfirlə görüşdü - Foto

Əbülfəs Qarayev səfirlə görüşdü - Foto
3467 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Kroftsu səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

Axşam.az xəbər verir ki, nazir fəaliyyəti dövründə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də aktiv təşəbbüslər irəli sürdüyünə və iki ölkə arasında əlaqələrin inkişafına töhfələrinə görə səfirə təşəkkürünü bildirib.

Xanım Karol Krofts Azərbaycanda çalışdığı müddətdə ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb.

Bundan əlavə, səfir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkilindən söz açdı və Şəki Xan sarayı və şəhərin mərkəzi hissəsinin Dünya irs siyahısına salınması münasibətilə nazirə təbriklərini çatdırıb.

Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan səfirə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşün sonunda səfir Karol Krofts səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd edib.