Əməkdar artist Zaur Əmiraslanov mərhum Xalq artisti Rəşid Behbudovun repertuarına müraciət edib.
Axşam.az xəbər verir ki, ifaçı sözləri İslam Səfərli, musiqisi Cahangir Cahangirova aid olan “Aylı gecələr” mahnısını “Deep house” tərzində oxuyub.
Müğənni mahnı üçün obyektivlər qarşısına da keçib. O, rəngarəng fotoları ilə diqqət çəkib.