Məşhurlar Bakının ən böyük geyim mağazasında - Fotolar

Məşhurlar Bakının ən böyük geyim mağazasında -  Fotolar
17105 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının ən böyük geyim mağazası MOV-da Türkiyə podiumunun əsas ulduzu Günay Musayeva, Azərbaycanın ən yaraşıqlı modeli Rüstəm Cəbrayılov və bir çox tanınmış modellər, o cümlədən, “Eurovision” təmsilçimiz Dihaj qonaq olub.

Axşam.az xəbər verir ki, tanınmış modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar artist Elza Seyidcahan və xeyli sayda qonaqların iştirak etdiyi gecədə bir-birindən fərqli dəbli geyim kolleksiyası nümayiş olunub.

Qeyd edək ki, MOV paytaxtımızın dəb mərkəzlərindən biridir. Burada insanlara tək geyim deyil dəb, stil, fərqlilik təklif edilir.

Bundan başqa, MOV geyim mağazasında 20 ölkənin qabaqcıl brendlərindən ibarət yeni mövsüm kolleksiyası yer alır.

 

Avropanın tanınmış brendlərinin sərgiləndiyi MOV-da həm klassik, həm də idman üslubunda qadın, kişi geyim və aksesuarları, çanta və ayaqqabılar almaq mümkündür.

Həmçinin, onu da bildirək ki, Avropanın bir çox tanınmış brendlərini tezliklə yeni mövsümdə MOV-da görəcəksiniz. MOV-un yenilikləri tezliklə sizinlə olacaq.

 

Hazırda mağazada seçilmiş məhsullara 50% endirim tətbiq edilməkdədir. Dəbli və fərqli geyinmək üçün artıq Avropaya üz tutmağa gərək yoxdur, MOV-a gəlməyiniz yetərlidir.

Seçiminiz MOV olsun!

Mən Ona Vuruldum!

Ünvan: Nizami küçəsi 76 (keçmiş Vətən kinoteatrı), 0552026155