Amaliya Pənahovanın xatirəsi əbədiləşdirilir

Amaliya Pənahovanın xatirəsi əbədiləşdirilir
4510 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Amaliya Pənahovanın xatirəsi əbədiləşdiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amaliya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsi vurulacaq.

Sərəncamdan irəli gələn məsələləri isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti həll etməlidir.