Beyonsun sevimli geyim brendləri

Beyonsun sevimli geyim brendləri
4367 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qremmi 2014" gecəsində möhtəşəm səhnə şousu və füsunkar libası ilə Beyonse yenə də hər kəsi özünə ram etməyi bacardı. Müğənni həftənin ən çox müzakirə olunan ulduzu oldu, desək, yanılmarıq. Bədənini bütün cazibədarlığı ilə göstərəcək geyimlər seçməklə, Beyonse özünəməxsus stilinin olduğunu hər çıxışında sübut edir.

Beyonse anası Tina Noulzla birgə yaratdığı House of Dereon moda evinin simasıdır. Bir zamanlar "Destiny's child" qrupunun stilisti olan xanım Noulz indi qızı Beyonsenin səhnə geyimləri üzərində çalışır.

House of Dereon moda evinin reklam kampaniyasında






Beyonse və anası Tina Noulz




"Destiny's child" qrupundakı görünüşü ilə müqayisədə Beyonse illər ərzində həm bədən ölçüsü, həm saçı, həm də makiyajı ilə xeyli dəyişib. Artıq kilolarına baxmayaraq, müğənni heç vaxt bunu özünə kompleks etmir, əksinə, indi daha seksual olduğunu deyir. Gündəlik həyatda Beyonse cins şalvar, qısa ətəklər və şortlara üstünlük verir.



"Qremmi" gecəsində müğənninin ekstravaqant geyiminin müəllifi gənc Maykl Kostello idi. Ümumiyyətlə, Beyonse dəb dünyasında öz sözünü demiş moda evləriylə yanaşı, yeni dizaynerlərə də müraciət edir. Onun son "Haunted" klipində Rusiyanın tanınmış Ulyana Sergeeno geyim brendinə müraciət etməsi buna sübutdur.

Beyonse Armani Prive libasında



Lanvin libasında



Ayaqqabı seçimində Beyonse hündürdabanların tərəfdarıdır. Dabanın minimum 10 sm. hündürlükdə olması onun üçün əsas şərtdir. Versace, Balenciaga və YSL ayaqqabıları Beyonsenin qarderobunun sevimli aksesuarlarıdır.



RnB diva tez-tez saç rəngi və formasını dəyişməyi sevir. Uzunmüddətli eksperimentlərdən sonra isə Beyonse bal rənginin çalarları üzərində dayanmağı qərar aldı. Makiyajda müğənninin seçimi L'Oreal kosmetikalarıdır.



Mənbə: buro247.az