Nisə Qasımovanın gözlədiyi gecə baş tutdu - Fotolar

Nisə Qasımovanın gözlədiyi gecə baş tutdu -  Fotolar
5539 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nisə Qasımovanın "İmza: mən" adlı solo konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən gecə Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Konsertdə bir-birinin ardınca mahnılarını səsləndirən Qasımova daha çox əcnəbi dildə musiqilərə yer verib. Sadə dekor seçən müğənni səhnəyə kreslo qoyub və bir çox mahnısını orada oturaraq oxuyub.

N.Qasımovanı dinləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları da yer alıblar.

Foto: İlqam CƏBİYEV