Ülviyyənin bəxti gətirmir

Ülviyyənin bəxti gətirmir
13263 dəfə oxunub
  • A-
  • A
  • A+

“Vicdan haqqı” serialı ilə məşhurlaşan Ülviyyə Xəlilbəylinin İstanbulda təhsil almaq istəyi baş tutmur.

Axşam.az xəbər verir ki, bu barədə aktrisanın özü yazıb:

“İstanbula budəfəki səfərim içimdəki tələbə olmaq istəyini artırdı. Magistr üçün Mimar Sinan Universitetini düşünürdüm, heyif ki, ancaq bakalavrlığa qəbul edirlər. Ondan sonra Akdeniz Universitetinə imtahan verdim. Alınmadı deyə, soyumuşdum. İndi isə buzlar əriyib, buna baxmayaraq,  başqa səbəblərdən alınmır”.

Qeyd edək ki, aktrisa Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İnteryer-dizayner” fakültəsini bitirib.