Şüşələrlə hazırlaya biləcəyiniz əşyalar - Fotolar

Şüşələrlə hazırlaya biləcəyiniz əşyalar - Fotolar
1717 dəfə oxunub
  • A-
  • A
  • A+

Plastik su qabları və ya istifadə etmədiyiniz şüşələri atmağa tələsməyin.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu qablarla müxtəlif bəzək əşyaları hazırlaya bilərsiniz.

Gözəl formalı şüşələrin başına pompa taxaraq sabun qabı kimi istifadə edə bilərsiniz.

 

Şüşələri lent, muncuq və şəkillərlə bəzəyib hədiyyə olaraq verə bilərsiniz.

 

Qalın həsir ipləri boyayıb şüşələrə sarıyın. Əldə etdiyiniz bəzək əşyası evinizi gözəlləşdirəcək.

 

Altını kəsərək lampa yerləşdirdiyiniz şüşələrdən fərqli çılçıraqlar düzəlmək mümkündür.

 

Plastik su qablarının aşağı hissələrini kəsərək müxtəlif rənglərdə boyayın. Daha sonra isə bir-birinə yapışdırın. Əldə etdiyiniz oyuncaqlar uşaqları sevindirəcək.

 

İçi geniş olan şüşələrə balıqqulağı və foto yerləşdirib çərçivə əldə edə bilərsiniz.

 

Plastik qabların aşağı hissəsini kəsin. Müxtəlif rənglərə boyayın. Sonra zəncirbənd ilə birləşdirin. Beləcə, ortaya maraqlı saxlama qabları çıxacaq.

 

Fərqli ölçülərdəki şüşələrinizin içərisinə toxumlar əlavə edərək göz oxşayıcı mətbəx dekoruna sahib ola bilərsiniz.