Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını dişlədi

Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını dişlədi
1404 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.

Axşam.az ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.