7 gün əvvəl atasını itirən Kərim: "Məsti-xumar oldum"

7 gün əvvəl atasını itirən Kərim:  "Məsti-xumar oldum"
6207 dəfə oxunub
  • A-
  • A
  • A+
7 gün əvvəl atasını itirən müğənni Kərim Abbasov paylaşımı ilə təəccübləndirib. 

Axşam.az-ın məlumatına görə, sənətçi çimərlikdə şəkillər çəkdirərək İnstaqram hesabında yerləşdirib. Fotoların bəzilərində isə Kərim koftasını soyunaraq, yarıçılpaq poz verib.

Müğənni paylaşımına "Havadan məsti-xumar oldum. Allah tutulan orucları qəbul etsin. Bizimkilər də onun içində" sözlərini yazıb.

Qeyd edək ki, atası dünyasını dəyişdikdən 2 gün sonra dəvətə qatılan Kərimin mahnı oxuyarkən videosu yayılmışdı. Sənətçi onu tənqid edənlərə  "Atamın yasına gələnlərin qarşısına çıxmalı, ailəmi dolandırmalıyam" cavabını vermişdi.