Toya hazırlaşan cütlüklərdə xəstəlik tapılıb

Toya hazırlaşan cütlüklərdə xəstəlik tapılıb
6695 dəfə oxunub
  • A-
  • A
  • A+

2019-cu ilin aprelində nikaha daxil olmaq istəyən 12123 nəfər qan müayinəsinə cəlb olunub.

Axşam.az xəbər verir ki, bu barədə Modern.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva qeyd edib ki, 290 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb:

“Həmçinin 24 nəfərdə HİV, 31 nəfərdə sifilis qeydə alınıb”.

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 542038 nəfərdə qan müayinəsi aparılıb:

“19253 cütlükdən birində talassemiya daşıyıcılığı, 1204 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1777 nəfərdə sifilis, 496 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.