Sağlam həyata bir addım...

Sağlam həyata bir addım...
3335 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəzən səhhətimizdə baş verən xırda narahatlıqlara əhəmiyyət vermirik. Amma sonradan bu xırda amillərin böyük problemlər yaratdığının şahidi oluruq. Bunun üçün insan bütün orqanlarının qayğısına qalmalıdır.

Axşam.az ev şəraitində edə biləcəyiniz və sağlamlığınız üçün önəmli olan xırda amilləri təqdim edir:

1. Görmə qabiliyyətini qoruyun

Salat + avakado

Tərəvəzlərlə və ya göyərtilərlə hazırladığınız salatın içinə avakado qatmağı unutmayın.

2. Ürəyinizin qayğısına qalın

Limon + yaşıl çay

Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, gün ərzində 5 stəkan içərisinə limon qatılmış yaşıl çay içmək ürəyin fəaliyyətini yaxşılaşdırır, infarkt riskini azaldır.

3. Əzgin görünməkdən yorulmusunuz?

Yumurta + portağal şirəsi

Səhər bir yumurta yeyib, üstündən 1 stəkan portağal şirəsi içmək sizə gün ərzində lazımi qədər iş görmək üçün enerji verəcək.

3. İmmunitetinizi gücləndirin

Mal əti + kök

Kök orqanizmi A vitamini ilə təmin edəcək. Soyuqdəymədən qorunmaq üçün sizə lazım olan digər vitaminləri isə mal əti vasitəsilə ala bilərsiniz.

4. Dəri xərçəngindən qorunun

Kofein + idman

Mütəxəssislər sübut ediblər ki, gün ərzində kofein qəbul etmək və idmanla məşğul olmaq dəri xərçənginə yoluxma riskini 4 dəfə azaldır.