Elza konsertində hər kəsi mat qoydu - Video + Fotolar

Elza konsertində hər kəsi mat qoydu - Video + Fotolar
14951 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan "Sənə bənzər" adlı solo konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən gecədə Seyidcahan qonaqları təəccübləndirib.

İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr edilən gecədə müğənnini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, "Dalğa" İrandan gələn aşıqlar qrupu, "Azərbaycanın səsi" yarışmasındakı tələbələri müşayiət edib.

Maraqlı süjet xətti olan konsertdə E.Seyidcahan bütün mahnılarını səhnələşdirib. O, Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları ilə birlikdə səhnələr nümayiş etdirib. Müğənni bildirib ki, arzuladığı şounun heç on faizini nümayiş etdirə bilməyib.

Elza ifası ilə yanaşı geyindiyi paltarlarla da gecədə diqqət çəkib. O bildirib ki, ilk səhnəyə çıxan zaman istifadə etdiyi libas "Nəsimi divanı" adlanır. Onun başında olan maska isə Nəsiminin dərisini soyan rahiblərin, natəmiz ruhların siması olub. Müğənni gecəni "Nəsimi divanı" adı verdiyi ifası ilə açıb.

Konsert zamanı Elza yeni mahnılar da səsləndirib. O, sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya aid olan "Bir kəlmə söz söylə", Sona Vəliyevanın "Gəl gedək bu şəhərdən" adlı mahnılarını oxuyub. Onun səsləndirdiyi Abbas Mazanovun "Vətən var" mahnısını isə Təbrizdən gələn aşıqlar müşayiət edib. Gecədə bacısı Rasimə də müğənni ilə birlikdə mahnılar oxuyub. 

Konsertdə fotoları və videonu Ramin Aslanova məxsus olan "Ramin Group" lentə alıb.