"Gecələr yatmır, səhərə kimi ağlayırdım"

"Gecələr yatmır, səhərə kimi ağlayırdım"
12351 dəfə oxunub
  • A-
  • A
  • A+

22 yaşlı model Heyli Biber "Glamour" dərgisinə müsahibəsində həyatının ən ağır günlərindən danışıb.

Axşam.az-ın məlumatına görə, o bildirib ki, keçirdiyi çətin anlar yaşayıb, günlərlə gecələr yatmaqda çətinlik çəkib:

"Elə bir hadisə ilə qarşılaşdım ki, səhərə qədər ağlayır, yata bilmirdim. Həmin ərəfədə başa düşməlisən ki, düşüncələrin səni idarə edə bilmir. Biz hər şeyi götürüb 180 dərəcə dəyişdirə bilərik.

Əvvəl insanlar belə problemlər yaşamadığını göstərməyə çalışırdılar. Mən də həmin ərəfədə rola girir, yaşadıqlarımı göstərməməyə çalışırdım. Sonra isə otelə gəlir oturub otaqda ağlayırdım. 

Problemlərini gizlədən insanlarla fəxr edirəm. Həmin vaxt peşəkarlardan məsləhətlər aldım.

İnsanlar elə bilir ki, məşhurların həyatı gözəldir, problemlər yaşamırlar. Amma elə deyil. Bizim həyatımız sizin düşündüklərinizin tam əksidir".