İlk görüşdə nələrə diqqət edilməlidir?

İlk görüşdə nələrə diqqət edilməlidir?
870 dəfə oxunub
  • A-
  • A
  • A+

İnsanların əksəriyyəti sevdiyi insanla ilk görüşə gedərkən həyəcanlı və stressli olur. Bu zaman sakitliyinizi qorumaq üçün bəzi qaydalara riayət etmək lazımdır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, həyatınızın bu özəl günündə səhv addım atmaqdan qorxursunuzsa xəbərimizi oxuyun.

Gecikməyin

İlk görüşə gecikməyin. Əgər geciksəniz münasibətinizə 1-0 məğlub başlamış olacaqsız.

Telefonu söndürün

İlk görüşdə telefonu söndürün və ya səssizə alın. Söhbət zamanı uzun-uzadı mesajlaşmaq və ya danışmaq hörmətsizlikdir.

Müzakirələr edin

Əgər danışacaq bir sözünüz qalmayıbsa, o zaman ona özü haqqında suallar verin. Sevdiyiniz şeylərlə bağlı müzakirələr edin.
 
Xatirələrdən söz etməyin

İlk görüşünüzdə əsla keçmiş sevgilinizlə bağlı söhbət açmayın. Bu, münasibəti başlamadan bitirən ən böyük yanlış hərəkətdir.

Baxımlı olun

İlk görüşə hazırlaşarkən, geyiminizin, makiyajınızın, aksessuarlarınızın uyumlu olmasına diqqət yetirin.

Məkan seçimi

İlk görüş üçün sakit və qapalı bir yer seçin. Ətraf mühitin səs-küylü olması diqqətinizi dağıda bilər.

Göz təması qurun

Söhbət edərkən sağa-sola yox, birbaşa onun gözlərinə baxaraq danışın. Göz təması çox önəmlidir. Beləliklə qarşınızdakı insanın niyyətini daha yaxşı anlaya bilərsiniz.