Notr-Damın yenidən qurulması üçün məşhurlar da pul verəcək - Fotolar

Notr-Damın yenidən qurulması üçün məşhurlar da pul verəcək -   Fotolar
11678 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisdə yerləşən məşhur Notr-Dam kilsəsinin yanması bütün dünya gündəmini zəbt edib. Parisin ən simvolik memarlıq abidələrindən biri olan kilsənin məhv olması hamını kədərləndirib.

Axşam.az ingilis mediasına istinadən xəbər verir ki, yanğının nədən baş verdiyi hələ açıqlanmasa da, kilsəyə dəyən ziyan hesablanıb.

Milyonlarla insan Parisin qədim tikilisinin yanmasını izləyib. Notr-Dam təkcə Fransanın paytaxtında yerləşən tikili yox, həm də Avropanın incəsənət nümunəsi idi. 

Tarixi binanın tikilişi XII əsrdə başlamış və 200 il davam edib. Fransa prezidenti Emmanuel Makron Notr-Damın yenidən təmir ediləcəyini və əvvəlki halına qaytarılacağını bildirib. Bunun üçün isə çoxlu pul və uzun vaxt tələb edilir.

Hətta Fransada xeyriyyə Fondu tarixi abidənin təmiri üçün maddi dəstək yığmağa başlayıb. Fransa hökuməti kilsənin bərpası üçün bütün dünyadan pul toplayacağını bildirib.

Məşhur simalar isə fonda Notr-Damın təmiri üçün pul bağışlamağa başlayıblar. Onlar arasında fransız milyarder və Salma Hayakın həyat yoldaşı Fransua-Anri Pino, "Gucci", "Yves Saint-Laurent" kimi brendlərin sahibi artıq təmir üçün müəyyən məbləğ ödəyəcəklərini bildiriblər. Rusiyalı aparıcı Natali Vodyanovanın qayınatası Bernar 200 milyon avro, Pino isə 100 milyon avro ayırıb.

Bəzi mənbələr isə yanan tarixi binanın yenidən qurulması üçün ən az 10 il vaxt tələb olunduğunu bildirib.