“La Casa De Papel”in yeni mövsümündən ilk - Fotolar

“La Casa De Papel”in yeni mövsümündən ilk - Fotolar
404 dəfə oxunub
  • A-
  • A
  • A+

Bütün dünyada maraqla izlənilən ispan serialı “La Casa De Papel”in üçüncü mövsümündən ilk fotolar yayımlanıb.

Axşam.az xəbər verir ki, “Netflix Türkiyə”nin paylaşdığı fotolar serialın fanatlarını həyəcanlandırıb.

Qısa zamanda bir çox səhifədə yer alan şəkillərdə “Professor” və “Berlin” obrazlarının görüntüsü var.

Qeyd edək ki, ekran işi ikinci mövsümü ilə final etsə də, seriala olan böyük maraq “Netflix”i onun ardını çəkməyə təşviq edib.

Onu da bildirək ki, sözügedən serialda azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də çəkiləcəyi deyilirdi.