“Qremmi”nin qalibləri bəlli oldu

“Qremmi”nin qalibləri bəlli oldu
705 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” musiqi mükafatlandırma mərasimi baş tutub.

Axşam.az xəbər verir ki, “Staples Center”də keçirilən gecəyə çoxsaylı məşhur qatılıb.

Gecədə Ledi Qaqa üç fərqli nominasiya üzrə qalib olub. Ariana Qrand ən yaxşı pop albom nominasiyasında “Sweetener” albomuna görə “Qremmi” mükafatı ilə təltif olunub.

İlin ən yaxşı rep mahnısı Dreykin “Gods” plan adlı mahnısı seçilib.

Ötən il Bakıda konsert vermiş Dua Lipa “Ən yaxşı rəqs mahnısı” və “Ən yaxşı yeni artist” nominasiyalarında qalib gəlib.

Ən yaxşı rok albom nominasiyasında “Qremmi” mükafatı ilə “St.Vinsent” təltif olunub.

Ən yaxşı rep-albom kateqoriyasında isə Kardi B. öz “İnvasion of privacy” adlı mahnısı ilə qalibiyyəti əldə edib.